İmamoğlunun vəkili sərbəst buraxıldı

DÜNYA 28 mart 2025, 20:23
Bir müddət əvvəl vəzifəsindən müvəqqəti uzaqlaşdırılan İstanbulun meri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan azadlığa buraxılıb.

Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, onun polis bölməsindəki əməliyyatları tamamlanıb və ifadəsi alınıb. 

M. Pehlivan xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbiri altında sərbəst buraxılıb.

Qeyd edək ki, M. Pehlivan İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində “Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” maddəsi üzrə saxlanılmışdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top