İran raketləri hazırda qurğulara yüklənir və ABŞ tərəfindən eskalasiya halında buraxılmağa hazırdır.
Demokrat.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Tehran Times” qəzeti yazıb.
Məqalədə deyilir: “Pandora qutusunun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək”.
Qeyd edək ki,İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirən Amerika lideri deyib: “Nüvə sazişində irəliləyiş olmasa, iki həftədən sonra İrana qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul edəcəyəm”.

