Səyyad Salahlı şəhid ailələri ilə bayramlaşdı — FOTOLAR

GÜNDƏM 28 mart 2025, 14:26
Milli Məclisin deputatı Səyyad Salahlı Novruz və Ramazan bayramları münasibətilə İmişli və Saatlı rayonlarında şəhid ailələrini ziyarət edib.

Deputat İmişli rayonunun Göbəktala kəndində şəhid Nəcməddin Savalanovun, Çahar kəndində Amil Səfərlinin və Saatlı rayonunun Musalı kəndində Nahid Həsənovun ailələrini ziyarət edərək onlara bayram təbriklərini və sovqatını çatdırıb. Şəhidlərin keçdiyi şərəfli həyat və döyüş yolundan söhbət açılıb, ruhlarına dərin ehtiram ifadə edilib. Səyyad Salahlı vurğulayıb ki, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, şəhidlərimizin qanı, qazilərimizin canı və rəşadətli Ordumuzun misilsiz gücü sayəsində dogma torpaqlarımız düşmən tapdağından azad edilib. O bildirib ki, qəhrəman şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Görüşlər zamanı şəhid ailələri prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri diqqətdən xeyli razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid ailələrini ziyarətdə deputatla yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov da iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 mart 2025, 10:44
31 mart 2025, 10:30
31 mart 2025, 09:52
Top