Nüsrət Kəsəmənli ailəsində qalmaqal: "Sənin heç vaxt üstümdə haqqın olmayıb" — FOTO

ŞOU-BİZNES 27 mart 2025, 12:57
Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli ilə yazıçının nəvəsi Cavidan Kəsəmənli sosial şəbəkədə bir- birlərinə söz atıblar.

 Musavat.com-a istinadən  xəbər verir ki, əvvəlcə N. Kəsəmənli paylaşım edərək yazıb:

“İşiniz keçdiyi müddətdə “əmi” dediklərinizə, quyruğunuz qapı arasından çıxandan sonra “tanımıram səni” deməyin! O qapıya bir də işiniz düşər, haqqını halal etməz!”

Paylaşıma onun qardaşı Araz Kəsəmənlinin oğlu Cavidanın cavabı gecikməyib:

"Özünü “əmi” sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi, öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Sadəcə elə göstərməyə çalışmısan. Sən, ümumiyyətlə, özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla.

Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq, bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri, mənə hansı üzlə “sənin doğmanam” deyə bilər? Vallah danışsam çox şey deyərəm, inan, açıqlamasını verə bilməyəcəksən. 

Əgər açıq danışaq deyirsənsə, mən hazıram. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq, sənə heç sərf eləməz, bilirsən. Mənə maraqlı deyilsən, bəli, səni tanımıram. Necə ki, sən özün tək qoyub, məni tanımadın”.

Xatırladaq ki, Araz Kəsəmənli məşhur şair Nüsrət Kəsəmənlinin kiçik oğludur. 1998-ci ildə, 21 yaşı olarkən qeyri-rəsmi nikahda olduğu qadını öldürdüyü iddiası ilə 15 il azadlıqdan məhrum edilib. Nüsrət Kəsəmənli ömrünün sonuna qədər oğlunun heç bir günahının olmadığına inanıb və Arazı xilas etmək üçün hüquqi müstəvidə sonadək mübarizə aparıb.

Amma heç bir nəticəsi olmayıb. N.Kəsəmənli 2003-cü il oktyabr ayında Tehranda böyrək əməliyyatı zamanı dünyasını dəyişib. A.Kəsəmənli isə cəzasını günəgün çəkib və Nüsrət Kəsəmənlini yaxından tanıyan ziyalılar, millət vəkilləri dəfələrlə müraciət etsələr də, əfv edilməyib.

Azadlığa çıxandan cəmi 3 ay sonra isə ona narkotik saxlama ittihamı ilə cəzasını ciddi rejimli istintaq təcridxanasında çəkməklə 8 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top