Azərbaycanın tanınmış iş adamı və bəstəkarı vəfat etdi — FOTO

SOSİAL 27 mart 2025, 11:09
Azərbaycanın tanınmış iş adamı və bəstəkarı vəfat edib.

Demokrat.az xəbər verir ki, tanınmış iş adamı və bir çox məşhur mahnıların müəllifi bəstəkar Əzim Əzimov vəfat edib.

Bu haqda müğənni Nazənin Salayeva sosial media hesabında məlumat verib.

O, ürək xəstəliyindən Gürcüstanda dünyasını dəyişib. 

Qeyd edək ki, Əzim Əzimov biznesmen kimi fəaliyyət göstərsə də, o, bir çox gözəl mahnıların müəllifi idi.

Müğənni Nazənin Salayevanın ifa etdiyi məşhur "Dostlar, məni unutmayın" mahnısı ona məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top