
Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.
Demokrat.az xəbər verir ki, yanğın zamanı 2 nəfərin öldüyü bildirilir.
Qeyd olunub ki, hadisə zamanı binada 12 nəfər olub, onlardan üçü huşsuz halda çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri məlum deyil.
***09:37
Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Demokrat.az xəbər verir ki, yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Bildirilib ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.

