Biləsuvarın bəzi ərazilərində qaz təchizatında problem yaranıb

GÜNDƏM 26 mart 2025, 20:57
Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

Bu barədə "Report"un Muğan bürosuna sakinlər məlumat verib.

Belə ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici
qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top