Dünya

“İran müharibəyə hazırdır!”

“İran müharibəyə hazırdır!”

“İran müharibə aparmağa hazırdır, lakin bunu başlatmağa can atmır”.

Demokrat.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O vurğulayıb ki, ABŞ ilə münasibətlərdə “diplomatik yol” hələ davam edə bilər.

Nazirin fikrincə, diplomatiyanın alternativi müharibədir, ona görə də dövlətlər diplomatik vasitələrdən istifadə etməyə çalışırlar. Lakin o etiraf edib ki, bəzi hallarda münaqişə qaçılmazdır.

“İran həmişə müharibədən yayınıb, lakin buna tam hazırdır və bundan qorxmur”, - Araqçı bildirib.

D
demokrat.az