Donald Tramp Novruz bayramı münasibətilə iranlıları təbrik edib

DÜNYA 20 mart 2025, 14:26
ABŞ Prezidenti Donald Tramp ölkəsində və bütün dünyada qədim Novruz bayramını qeyd edən hər kəsi təbrik edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

"ABŞ adından bu mübarək bayram münasibətilə ən xoş arzularımı bildirirəm. Novruz yazın başlanğıcını və İranın Yeni ilini qeyd edən xalqı üçün sevincli bir hadisədir", - D.Tramp təbrik mesajında qeyd edib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top