Rus ordusu Putinin əmri ilə öz PUA-larını vurub

DÜNYA 19 mart 2025, 21:28
Rusiya Silahlı Qüvvələri Putinin əmrini yerinə yetirərək öz PUA-larını vurub.

Demokrat.az bildirir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff müsahibəsində deyi.

“Prezident Tramp ilə telefon danışığından 10 dəqiqə sonra prezident Putin Rusiya qüvvələrinə Ukraynanın enerji infrastrukturuna hücum etməməyi əmr edib. Ruslar bu gün səhər mənə dedilər ki, prezident Putin əmr verəndə əslində onların yeddi PUA-ları artıq yolda olub və onlar Rusiya qüvvələri tərəfindən vurulub. Ona görə də mən prezident Putinin vicdanla hərəkət etdiyinə inanmağa meylliyəm. O, dünən prezidentə vicdanla hərəkət edəcəyini söylədi və mən də onun sözünü qəbul edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top