"Xaricdən fərdi olaraq smartfonlar, kompüterlər, ağıllı saatlar və.s alına bilər. Bu məhsullar bir çox üstünlüklərə sahib olsalar da, risklər hər zaman var. Etibarlılığı və təhlükəsizliyi təmin etmək üçün müəyyən məsələlərə diqqət etmək lazımdır. Ən başda rəsmi və qeyri-rəsmi təchizat olmasına baxmalıyıq. Rəsmi distribütordan alınan məhsullar zəmanətlə təmin olunur. Qeyri-rəsmi şəkildə alınan cihazlarda fırıldaq və nasazlıq ehtimalı hər zaman var".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.
"İkinci əsas məsələ cihazın orijinallığı və sertifikatlaşdırılmasıdır. Məhsulun orijinal olduğundan əmin olmaq üçün "e-mail" kodunu və ya seriya nömrəsini rəsmi saytdan yoxlamaq vacibdir. Bu gün yaxşı ayaqqabı brendlərinin belə orijinallıq kodu var. Üçüncü əsas məsələ mobil telefon alarkən cihazın şəbəkə uyğunluğunu yoxlamaqdır. Bəzi xarici cihazlar yerli mobil operatorlara uyğun gəlməyə bilir. Xaricdən gətirilən məhsulların zəmanət şərtləri yerli servis mərkəzlərində keçərli olmalıdır. Rəsmi zəmanəti olmayan məhsulların təmiri də bahalı və çətin ola bilir".
Mütəxəssis bildirir ki, digər əsas məsələ məhsulun əvvəllər istifadə olunmamasıdır:
"Cihazın seriya nömrəsini rəsmi saytda yoxlayaraq bunu dəqiqləşdirmək olar. Bəzən hər hansı musiqinin regiona uyğun olmadığı deyilir. Xaricdən alınan məhsulun proqram təminatı yerli bazara uyğun olmaya və ya bəzi cihazlar başqa ölkələr üçün məhdudlaşdırıla bilər.Çox ucuz qiymətə satılan məhsullarda da fırıldaqlıq ehtimalı var. Riskləri azaltmaq üçün rəsmi saytlara müraciət etmək vacibdir".
Əfsanə Kamal
Demokrat.az