Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft və xam neft məhsulları ixracında Avropa ölkələri əsas yeri tutub.
Demokrat.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu dövrdə xam neftin ixrac olunduğu ölkələr siyahısında ilk beşliyə İtaliya liderlik edib. Bu ölkəyə 1 milyon 366 min 256.16 ABŞ dolları dəyərində 2 milyon 415 min 530.26 ton xam neft ixrac edilib. İtaliyaya ixrac Azərbaycanın cəmi xam neft və xam neft məhsulları ixracının təxminən 50,55%-ni təşkil edib.
İtaliyadan sonra Almaniya 276 min 544.77 dollar dəyərində 500 min 001.10 ton, Çexiya 224 min 031.58 dollar dəyərində 410 min 211.72 ton, Xorvatiya 188 min 199.24 dollar dəyərində 338 min 948.76 ton, Rumıniya isə 163 min 972.23 dollar dəyərində 286 min 538.51 ton xam neft və xam neft məhsulları idxal edib.(Teleqraf.a)