Neymar heyətdən kənarlaşdırıldı

İDMAN 15 mart 2025, 13:33
Braziliya millisinin üzvü Neymar zədə səbəbindən komandanın heyətindən kənarlaşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçu ölkəsində çıxış etdiyi "Santos" klubunun heyətində zədə alıb. Bununla da Neymar bir il yarım aradan sonra dəvət aldığı millidən uzaq qalıb.

Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarında martın 21-də evdə Kolumbiya, 5 gün sonra isə səfərdə Argentina ilə qarşılaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top