Avtobusları telefondan izləyə biləcəyik — Yeni proqram HAZIRLANIR

SOSİAL 15 mart 2025, 15:30
“Dayanacaqlarda hansısa lövhənin, məlumatın yaxud qrafikin yerləşdirilməsi hələki nəzərdə tutulmayıb”.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov bloger Anar Əliyevə müsahibəsində deyib.

Onun sözlərinə görə, lövhələrə alternativ olaraq AYNA MaaS proqramı hazırlanıb:

“Tətbiqin formalaşması gedir və həmin tətbiq vasitəsilə sərnişinlər marşrutların istiqamətləri, qrafiki, dayanacaqdan keçən marşrutlar barədə, onların dayanacağa yaxınlaşma müddəti barədə əldə edə biləcəklər. Proqramın geniş ictimaiyyətə təqdim edilməsi yaxın zamanda həyata keçiriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 mart 2025, 18:59
Top