Azərbaycanlı qadın boksçuya qalib gələn Türkiyə idmançısından möhtəşəm jest — VİDEO

İDMAN 14 mart 2025, 13:30
Qadınlar arasında keçirilən boks üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.

Demokrat.az xəbər verir ki, +81 kq çəki dərəcəsində çıxış edən boksçumuz Aynur Rzayeva 1/4 final mərhələsində Türkiyə təmsilçisi Elif Günerə məğlub olub. 37 yaşlı boksçu görüşün referisi tərəfindən qalib elan edildikdən sonra jest edib.

Elif Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpüb və idmançımızın əlini havaya qaldıraraq ona dəstək olub.

Qeyd edək ki, Güner bu qələbə sayəsində dünya çempionatının bürünc medalını təmin edib. (Publika.az )

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top