Ayxan Abbasov rəsmən Azərbaycan millisinin baş məşqçisi oldu

İDMAN 14 mart 2025, 14:11
Aşağı yaş qruplarından ibarət futbol üzrə yığma komandaların baş məşqçilərinin adları bəlli olub.

Demokrat.az xəbər verir ki, AFFA U-17 millisini Aqil Nəbiyevə tapşırıb. A.Nəbiyev U-17 yığmasını Belarusa turnirə aparacaq.

18 yaşadək futbolçulardan ibarət seçməni İlham Yadullayev çalışdıracaq.

U-19 millisinin də baş məşqçisinin adı bəllidir. Belə ki, Elxan Abdullayev yığmaya rəhbərlik edəcək. U-19 Qəbələdə toplanışda iştirak edəcək və Moldova ilə iki matç keçirəcək.

Əsas milliyə daha yaxın olan və əsas baza hesab edilən U-21 yığması isə Ayxan Abbasova tapşırılıb.

Qeyd edək ki, mütəxəssislərin hər biri ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top