Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talassemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri var. Qohum nikahları ilə bağlı qanuna edilən dəyişikliyin təsirini gələcəkdə görəcəyik.
Məsələyə sosioloq Mail Yaqublu Demokrat.az-a açıqlamasında münasibət bildirib:
“Anlamıram ki bu statistika hansı tədqiqata əsasən verilib. Çünki qohum nikahlarının fəsadlarının bu qədər yüksək dərəcədə olması məndə bir az şübhə doğurdu. Bildiyim qədər qohum nikahlarında ehtimal olunan uşaqların xəstəlik faizi 3 faizdir. Amma bu qədər yüksək 65, 86 faiz artımın olmasına heç nə deyə bilmirəm, bu mənə şübhəli gəlir. Bunu nə təsdiq, nə də inkar edə bilirəm. Ümumiyyətlə, Azərbaycanda dünyaya gələn uşaqların sağlamlıq məsələsi ilə yanaşı dünyaya gələn uşaqların say məsələsidir. Bu da ciddi məsələlərdən biridir. Yəni, əhalinin artım tempi aşağı düşüb və bu, gələcəkdə əhalinin sayının azalmasına səbəb ola bilər. Amma qohum nikahlarının bu qədər şiddətlə əleyhinə gedilməsi, təbiğat aparılmasını anlaya bilmirəm”.
Leyla Turan
Demokrat.az