Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib

DÜNYA 14 mart 2025, 10:02
Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" platformasında məlumat verilib.

Qeyd edilir ki, komandir-leytenant Gevin Tarbard Böyük Britaniyanın Azərbaycanda ilk rezident müdafiə attaşesi təyin edilib.

"Biz komandir-leytenant Gevin Tarbardın Azərbaycana ilk Böyük Britaniya Rezident Müdafiə Attaşesi kimi gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi addım, Britaniya-Azərbaycan möhkəmlənən tərəfdaşlığı əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək", - səfirliyin bəyanatında yazılıb. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top