"Sırf olaraq hansısa marka və ya model məsləhətləri görmək düzgün olmaz. Bu, ümumiləşdirilmiş bir məsələdir. Ona görə avtomobil alarkən mütləq şəkildə müraciət edilən markanın tarixinə baxmaq, onun modelləri istehsal edərkən həmin modelləri hansı sınaqlardan keçirdiyinə və keçirilən bu sınaqlarda hansı nəticələr əldə etdiyinə baxmaq lazımdır. Hazırda ölkə bazarında Çinin daxili bazarından gələn bir çox markalar və ya ümumiyyətlə markalaşmamış avtomobillər var".
Bu sözləri Demokrat.az-a açıqlamasında elektromobil üzrə mütəxəssis İlkin Mustafayev deyib.
O bildirib ki, insanlar kifayət qədər çoxluqla Çin avtomobillərinə müraciət edir:
"Bunun isə yalnız 1 səbəbi var, o da qiymətinin ucuz olması. Halbuki, təhlükəsizlik, sağlamlıq və qəza testlərinə çox alıcı diqqət etmir. Gözəllik və ucuz olmasına aldanılır.
Bu səbəbdən istənilən avtomobilin sınaqlarına, testlərinə və qlobal bazarda nə dərəcədə özünü doğrultduğuna diqqət edilməlidir. Bu həm təhlükəsizlik, həm də sağlamlıq üçün çox vacib nüansdır".
Əfsanə Kamal
Demokrat.az