Sosial

Bakıda dumanla bağlı bəzi yollarda görünüş məsafəsi azalıb — SİYAHI

Bakıda dumanla bağlı bəzi yollarda görünüş məsafəsi azalıb — SİYAHI

Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Görünüş məsafəsi azalan yollar:

1. Zığ dairəsi- Hava Limanı yolu; 2. Heydər Əliyev prospekti; 3. Yusif Səfərov küçəsi; 4. Aeroport şosesi; 5. Ziya Bunyadov prospekti.

Sürücülərə tövsiyə

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

NE
Nihadə Eyyubova