Novruz bayramı ərəfəsində çərəzlərin QİYMƏTLƏRİ — VİDEO

SOSİAL 10 mart 2025, 10:10
Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.

Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, Novruz bayramı ilə əlaqədar yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir.

Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapon qozu isə 9 manatdan təklif edilir.

Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.

Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:

Onlar deyir ki, ləpənin qiyməti baha olsa da, hazırda ona tələbat da çoxdur:

İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top