ÜST Trampın qərarına görə işçilərini ixtisar edir

DÜNYA 07 mart 2025, 20:37
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ prezidenti Donald Trampın elan etdiyi kimi, ABŞ - ın təşkilatdan çıxması fonunda xərcləri azaltmaq üçün bəzi işçilərə erkən təqaüdə çıxmağı təklif edib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. ÜST bu ilin iyun ayına qədər yaşı 55 və yuxarı olan işçilərə dörd aylıq pensiya təklif edir. Qərarın könüllü olduğu vurğulanıb.

Bu ilin yanvarında ABŞ prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı fərman imzalayıb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top