"İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi böyük geosiyasi əhəmiyyətə malikdir. Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilmiş oldu və bütün əngəllərə baxmayaraq bu problemin həlli reallaşdı. Naxçıvanın enerji təhlükəsizliyinin Türkiyə üzərindən təmin edilmiş olması onu göstərir ki, Azərbaycan-Türkiyə ittifaqı öz strateji hədəflərində daha bir mərhələdən keçdi. Azərbaycan üçün Türkiyənin əhəmiyyəti növbəti dəfə önə çıxdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Bir məqamda böyük önəm daşıyır ki, Azərbaycanın Türkiyə üzərindən Iğdır-Naxçıvan qaz kəmərini çəkməsi Ermənistana da ciddi mesajdır. Rəsmi Bakı bu addımı atmaqla Ermənistana Azərbaycanın özünə lazım olan strateji, geoiqtisadi layihələri Ermənistandan yan keçməklə reallaşdırmaq imkanı olduğu mesajını verdi. Artıq Ermənistan anlamalıdır ki, Azərbaycanla münasibətləri düzəltmədikcə Ermənistan həmişə geoiqtisadi layihələrdən kənarda qalacaq. Əgər İrəvan Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının şərtlərini qəbul etməsə, dəhlizin marşrutu dəyişdirilib, Ermənistandan yan keçməklə reallaşdırıla bilər. Bütün bunlar Ermənistanın maraqlarına zərbə vuracaq, çünki Ermənistan önəmli nəqliyyat-kommunikasiya xəttindən kənarda qalacaq. Bütün bunlar onu göstərir ki, Iğdır-Naxçıvan qaz kəmərinin açılması həm Azərbaycanla Türkiyənin strateji müttəfiqliyini önə çıxarır, həm də düşmənlərimizə geoiqtisadi və geopolitik mesaj xarakteri daşıyır".
Əfsanə Kamal
Demokrat.az