Şəkidə 8-ci sinif şagirdi intihar etdi

HADİSƏ 06 mart 2025, 09:20
Şəkidə intihar hadisəsi qeydə alınıb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Aran kəndində baş verib.

Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü T. Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top