Qırğızıstanda partlayış planlaşdıran 30 terrorçu saxlanıldı

HADİSƏ 05 mart 2025, 23:42
Qırğızıstanın xüsusi təyinatlıları ölkədə terror aktları planlaşdıran 30 terror qruplaşması üzvünü saxlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə respublikanın Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, qrup üzvlərinin hərəkətləri beynəlxalq terror təşkilatının xarici mərkəzləri tərəfindən əlaqələndirilib.

Dövlət Komitəsi qeyd edib ki, saxlanılan şəxslər sistematik şəkildə radikal ideologiyanı təbliğ edən görüşlər keçirib, terrorçuluq fəaliyyəti üçün pul yığıblar.

Məlumatda bildirilib ki, radikal qruplaşmanın əsas məqsədi Qırğızıstanın konstitusiya quruluşuna qarşı qondarma cihad törətmək, habelə respublikanın vəzifəli şəxslərinə, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları planlaşdırmaq olub.

Saxlanılanlardan birindən partlayıcı qurğunun hazırlanması ilə bağlı video təlimat götürülüb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 11:40
06 mart 2025, 10:35
Top