"Liverpul"un yeni transfer hədəfi bilindi

İDMAN 05 mart 2025, 22:36
"Liverpul" "Bornmut"un futbolçusu Milos Kerkezlə maraqlanır. 

Demokrat.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Mersisaydlılar 21 yaşlı sol cinah müdafiəçisini artıq transfer siyahısına əlavə ediblər. Macarıstan millisinin futbolçusu özü də komandasını yayda tərk etməyi planlaşdırır. O, növbəti uğurlu mövsüm keçirdikdən sonra daha böyük kluba keçmək niyyətindədir. 

Qeyd edək ki, Milos Kerkez bu mövsüm "Bornmut"un heyətində 30 matça çıxaraq 2 qol vurub və 4 qolun ötürməsini edib. Onun klubu ilə hazrıkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 10:35
Top