Xətai rayonunda YANĞIN

HADİSƏ 05 mart 2025, 19:04
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top