Telefondakı bu proqramlar şəxsi məlumatları oğurlayır

SOSİAL MEDİA 04 mart 2025, 14:21
Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 əlavəsində zərərli "extension" aşkar edilib.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, bu təhlükəsizlik boşluğundan 3,2 milyondan çox istifadəçi təsirlənib.

GitLab Threat Intelligence qrupunun araşdırmasına görə bu zərərli əlavələr istifadəçilərin brauzerlərində boşluqlar yaradır və reklam fırıldaqçılığı, eləcə də axtarış sistemi manipulyasiyası kimi fəaliyyətlər üçün istifadə olunurdu. Mütəxəssislər bildirir ki, əlavələr əvvəlcə təhlükəsiz olub, lakin sonradan hakerlər tərəfindən ələ keçirilərək zərərli yeniləmələrə məruz qalıb.

Zərərli kodlar vasitəsilə şəxsi məlumatların oğurlandığı, istifadəçilərin aldadıcı vebsaytlara yönləndirildiyi və leqal reklamların dəyişdirildiyi müəyyən edilib.

Bu əlavələri dərhal silin:

Adblocker for Chrome

Adblock for You

Adblocker for Chrome

Nimble Capture

KProxy

Page Refresh

Wistia Video Downloader

WAToolKit

Blipshot

Emojis (Emoji Klavyesi)

Color Changer For YouTube

Video Effects for YouTube and Audio Enhancer

Themes for Chrome and YouTube Picture in Picture

Mike Adblock für Chrome

Super Dark Mode

Emoji Keyboard Emojis for Chrome

Google artıq bu zərərli əlavələri Chrome Web Mağazasından silib. Ancaq əgər daha əvvəl bu əlavələrdən birini yükləmisinizsə, onu manual şəkildə silməyiniz və cihazınızı virus yoxlamasından keçirməyiniz tövsiyə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top