Rusiyada ticarət mərkəzində ATIŞMA

HADİSƏ 02 mart 2025, 20:14
Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində yerləşən "Krasnıy kit" ticarət mərkəzində atışma olub.

Oxu.Az Rusiya "Telegram" kanallarına istinadla xəbər verir ki, insident nəticəsində üç nəfər yaralanıb.

Məlumata görə, naməlum şəxs ticarət mərkəzinin mühafizəçiləri ilə mübahisə etdikdən sonra tapançadan atəş açıb.

Bu əsnada ticarət mərkəzinə gələnlər arasında təşviş başlayıb və onlar təcili oradan qaçmağa başlayıblar.

Hadisə yerinə gələn polis əməkdaşları atəş açmış şəxsi saxlayıblar.

Fakt üzrə araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top