Biləsuvarda modem alışdı — Dördotaqlı ev külə döndü

HADİSƏ 02 mart 2025, 17:59
Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Elşad Aydın oğlu Eyvazova məxsus birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top