Jurnalist Fatimə Mövlamlı həbs olunub.
Demokrat.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul edilib.
Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (APA)