Biləsuvarda 17 yaşlı yeniyetmənin idarə etdiyi maşın aşıb, xəsarət alanlar var

HADİSƏ 01 mart 2025, 18:58
Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Hadisə Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib, yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra avtomobil aşıb.
Qəzada, sürücü və nəqliyyat vasitəsində sərnişin qismində olan 2011-ci il təvəllüdlü T.Əlizadə xəsarət alıblar. Hər iki şəxs təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top