“Sənin Kardaşyandan heç bir fərqin yoxdur...” — Deputatdan sillə kimi sözlər!!!

MARAQLI 26 fevral 2025, 21:00
"Osmanqızı” kanalının aparıcısı, mənşəyi və etiologiyası məlum olmayan virus – Sevinc Osmanqızı barədə məncə ilk öncə Amerikanın Səhiyyə Nazirliyinə müraciət etmək lazımdır. Daha sonra isə, lokal profil üzrə - həmin dövlətin tabeliyində olan Psixatriya mərkəzlərindən birinə. Çünki, bu adam anlaqlı deyil. Özü də heç deyil. Sevinc xəstədir. O, hətta şizofreniya mərhələsini belə çoxdan adlayıb və daha ağır vəziyyətdədir.” 

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bəzən videolarına baxıram. Baxıram və heyrət edirəm. Fantaziyalarında, arzularında nədirsə, onu ekranlaşdırır. Yoxsul, cılız, kustar təfəkkürü nəyi süzürsə, onu reallıq kimi təqdim etməyə çalışır.

Gerəkdən xəstədir, o. Və elə bir xəstədir ki, inanın, tutub əli qandallı Bakıya gətirsələr, deyəcək ki, görmürsüz mən dəliyəm, mənə müalicə lazımdır?

Sevinc elə bir şəkildə pul qazanır ki, həmin formada pul qazanmağı "ən axırıncı adam” da ağlından və fikrindən keçirməz. Və ya əgər bir insan 50 də yox, məhz 40 dollara bütün dəyərləri, qürurunu, şəxsiyyətini satılığa çıxarırsa, mənəviyyatını tapdaq altında qoyursa, o zaman gerçəkdən sözün bitdiyi yerdir. Sözün və hər şeyin!

Elə iyrəncliklər edib, bu əxlaqsız, vallah-billah dilə gətirmək olmur.

Sadəcə onu deyə bilərəm ki, Sevincin Kardaşyandan heç bir fərqi yoxdur. Varsa da həmin fərq yalnız budur ki, Kardaşyan öz işini kimsədən utanmadan, çəkinmədən görür, bu "üzdəniraq” isə maskalanaraq!”- deyə Partiya sədri fikirlərinə davam edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 22:38
Top