ADA Universitetində Fransa müstəmləkələrindən olan jurnalistlər üçün manipulyasiyalarla mübarizə ilə bağlı təlimlərə başlanılıb — FOTOLAR

GÜNDƏM 25 fevral 2025, 19:35

ADA Universitetində Fransanın müstəmləkəsi olan ərazilərin media nümayəndələri üçün təlimlərə başlanılıb.

Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, media üzrə təlim proqramı aldadıcı media orqanları tərəfindən aparılan təbliğat, dezinformasiya və psixoloji manipulyasiya üsullarının aradan qaldırılmasına yönəlmiş hərtərəfli kommunikasiya strategiyalarını əhatə edir.

“Bu təşəbbüs həmçinin iştirakçılara yanlış naraativləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq, düzgün məlumatların yayılmasını təşviq etmək və dezinformasiya praktikasına əsaslanan manipulyasiya taktikasına effektiv etiraz etmək üçün praktiki metodologiyalar təqdim etməklə media dayanıqlılığını artırmağa yönəlib”, - məlumatda vurğulanıb.

Təlim çərçivəsində jurnalistlər medianın problemləri ilə bağlı fikir mübadiləsi aparıblar və müvafiq sualları cavablandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top