"İnsanı insan kimi formalaşdıran ünsiyyətdir, sosiallaşma bacarığıdır" — Sosioloq

GÜNDƏM 25 fevral 2025, 19:07
Baylor Universitetində çalışan amerikalı alimlər paradoksal nəticəyə gəliblər: insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, özlərini o qədər tənha hiss edirlər. Alimlər qrupu rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində 7 000-ə yaxın niderlandlının məlumatlarını təhlil ediblər.
Nəticələrdən məlum olub ki, sosial şəbəkələrdən həm aktiv, həm də passiv şəkildə istifadə tənhalığı artırır.


Bu da cəmiyyətə təsir edir. Bəs insanları yenidən necə “canlandıra” bilərik?

Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələr sosiallaşmanı minimuma endirir:

“Yəni, virtual sosiallaşmaq, virtual ünsiyyət nə sosiallaşmaqdır, nə ünsiyyətdir. Ünsiyyətin realı insan üçün faydalıdır. Əgər real formadan ünsiyyət qurmursansa və bunu virtual müstəviyyə daşıyırsansa bu günü-gündən onlayn rejime adaptasiya olmaq deməkdir. Bir gün, beş gün, on gün və nəticədə insan real münasibətləri minimuma endirir. Ünsiyyətsizliyin ən canlı, bizə ən yaxın nümunəsini pandemiyada yaşadıq. Sərt karantin dövrün də evə qapanmalar, ünsiyyətsizlik, sosiallaşma sıfır idi. Küçəyə belə çıxmaq üçün vaxt icazəsi almaq məcburiyyətində qalırdıq. Yəni, ünsiyyətsizliyin sosiallaşmamağın nə demək olduğunu həmin vaxtda anladıq. Əgər virtual sosiallaşma normal ünsiyyət vasitəsi sayılsaydı, pandemiya dövründə o qədər çox psixoloji problemlər meydana çıxmazdı. Demək ki, insanın ehtiyacı olan, insan psixologiyasının ehtiyacı olan real sosiallaşmadan imtina etməmək lazımdır. İnsanı insan kimi formalaşdıran ünsiyyətidir, sosiallaşma bacarığıdır. Əgər bu minimuma endiriləcəksə insanın hər hansı bir əşyadan, robotdan fərqi olmaz”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top