"Qarlı, şaxtalı havada istər nəqliyyat vasitəsi, istərsə də piyada hərəkət edərkən təhlükə risklərini nəzərə almaq lazımdır. Qar uçqunu, buzlaşmadan qaynaqlı olaraq yıxılma təhlükəsi ola bilər. Hansısa bina üzərindən buz parçasının qopub düşmə təhlükəsi də var".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.
"Çoxmərtəbəli binaların qarşısından keçərkən ehtiyatlı olmaq lazımdır. Hərəkət edərkən ayağı yerə bərk basmaq, ayaqqabı seçimini düzgün etmək lazımdır. Ehtiyac yoxdursa, səfərləri təxirə salmaq yaxşı olar. Pilləkən qəfəslərini, yer örütüyü daha sürüşkən yerləri keçərkən, enişdən, yoxuşdan istifadə edərkən maksimum diqqətlə hərəkət etmək mütləqdir".
Əfsanə Kamal
Demokrat.az