"Spirtli içkidən zəhərlənmə zamanı ürək bulanma, baş gicəllənmə, ikili görmək və yuxululuq halı kimi simptomlar özünü göstərir. Zəhərlənən şəxs bir müddət koma vəziyyətinə düşür".
Bu sözləri Demokrat.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) baş toksikolou, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aparıcı eksperti Azər Maqsudov deyib.
"Zəhərlənmədən qəfil ölüm halları ancaq 250-300 ml metil spirti zamanı baş verə bilər. Bu, toksiki dozanın çox olması deməkdir. Zəhərlənmənin ilk zərər verdiyi orqanlar beyin və qaraciyər olur. Spirtli içki qəbulundan sonra şikayətlər hiss olunarsa, vaxt itirmədən təcili yardıma müraciət etmək mütləqdir. Zəhərlənən şəxs xəstəxanaya vaxtında çatdırılsa, koma vəziyyətindən ayılmaq və qarşısını almaq ehtimalı daha çox olur".
Qeyd edək ki, Sabunçuda son 3 gündə 11 nəfər spirtdən zəhərlənərək həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az