Normadan çox qəhvə içmək ürək və qan damarları üçün təhlükəlidir

GÜNDƏM 20 fevral 2025, 19:24
Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini artırır. 

Demokrat.az xəbər verir ki, araşdırmanın  nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub. 

Su, çay və qəhvə dünyanın ən məşhur içkiləridir. Onların istehlakının ürək-damar sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər yarım milyondan çox insanın məlumatlarını təhlil ediblər.

Alimlər könüllüləri müşahidə edərkən bütün ürək-damar hadisələrini qeydə alıblar. Tədqiqat zamanı 11 098 iştirakçıda ürək çatışmazlığı, 33 426 nəfərdə koronar ürək xəstəliyi, 9 706 nəfərdə insult olub.

Nəticələr göstərib ki, müntəzəm qəhvə  istehlakı həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir. 

Həddindən artıq çay istehlakı da ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilib.

Alimlər çay və qəhvənin qadınlara daha çox təsir etdiyini qeyd ediblər.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 20:46
Top