"Ərdoğan və Zelenski görüşü faktiki olaraq Tramp və Putinin görüşünə paraleldir. Türkiyə Trampın Ukraynanın gələcəyini riskə atan planını müəyyən mənada əngəlləmək qərarına gəlib. Rəsmi Ankara Türkiyənin dəniz sərhəddində olan dövlətin bu cür darmdağın olmasının tərəfdarı deyil. Türkiyə öz ətrafında sabitlik və normal tərəfdaşlar istəyir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, hazırda Tramp adminstrasiyasının yürütdüyü siyasət Ukraynanın gələcəyini təhlükə altında qoyur:
"Anlaşılan odur ki, Trampın təhlükəli Ukrayna planına Avropa Birliyi də hələlik müqavimət göstərə bilmir. Belə şəraitdə Türkiyə avanqard dövlət olaraq ön plana çıxmağı bacardı və Ukraynanın gələcək taleyinə pozitiv təsir göstərmək üçün Trampın oyunlarına müqavimət göstərmək qərarına gəldi. Bu baxımdan Ərdoğanla Zelenski görüşü olduqca dəyərlidir. Çünki bu görüşdə məhz Ukraynanın gələcək taleyindən danışılıb".
Politoloqun sözlərinə görə, ABŞ və Rusiya arasındakı təmaslarda birmənalı şəkildə iki ölkənin maraqları ön plana keçib:
"Bu baxımdan Türkiyə Ukraynanın gələcəyinə pozitiv təsir göstərə biləcək yeganə siyasi güc mərkəzidir. Əgər Zelenski siyasi iradə nümayiş etdirib Trampın Ukrayna planına müqavimət göstərməyə cəsarət edərsə, Türkiyənin dəstəyini tam şəkildə almış olacaq. Bu müqavimətdən cəsarətlənən Avropa Birliyi də Ərdoğan və Zelenskinin ortaq fəaliyyətlərini dəstəkləyə bilər. Bu təmaslar uğurlu nəticələr verərsə, ABŞ və Rusiya oyunlarının pozulmasında böyük önəm daşıyan prosesə çevrilə bilər".
Əfsanə Kamal
Demokrat.az