Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

SOSİAL 19 fevral 2025, 14:16
Milli Hidrometeorologiya Xidməti fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Naxçıvan MR, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top