Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Səudiyyə Ərəbistanına ABŞ rəsmiləri ilə mühüm danışıqlar aparmaq üçün gəlib.
Onların təyyarədən enərkən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"Bu adamlar güclə yeriyirlər, özləri butiblər, müharibəni necə bitirəcəklər...", replikaları geniş yayılıb.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Ağ Evin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff rəhbərlik edir. Görüşün əsas müzakirə mövzuları Ukrayna müharibəsi və Tramp-Putin sammitinə hazırlıq olacaq.
Bununla yanaşı, amerikalı milyarder İlon Mask Lavrovun Səudiyyə Ərəbistanına gəlişini əks etdirən Rusiya təbliğat mediasının videosunu paylaşaraq ona ironik şərh verib:
“Bax, kompetent liderlik belə görünür”. Maskın bu paylaşımı sosial mediada geniş əks-səda doğurub və Kremlin nümayəndələrinin Səudiyyə Ərəbistanına səfəri ilə bağlı yeni müzakirələrə yol açıb.
Görüşün nəticələri və ABŞ-Rusiya münasibətlərindəki mümkün dəyişikliklər yaxın günlərdə daha da aydınlaşacaq. (musavat)