Trampın Qəzza ilə bağlı layihəsi ABŞ ilə Misir arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər?

GÜNDƏM 17 fevral 2025, 15:42
ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan çıxarılması isə bağlı planına etirazlar davam edir. 

Son olaraq Misir dövləti də Ağ Ev rəhbərinin Qəzza layihəsinə qarşı çıxaraq, bunu qəbuledilməz adlandırdılar. Hətta buna görə Misir Prezidenti Misir prezidenti Əbdülfəttah əs-Sisinin ABŞ səfərini təxirə salacağı iddia olunur. O, Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil edilmə ehtimalına qarşı çıxıb. 


Maraqlıdır, bütün bunların fonunda Trampın Qəzza ilə bağlı layihəsi ABŞ ilə Misir arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər?

Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Donald Trampın prezident seçildikdən sonra xarici siyasətlə bağlı bəzi mövqeləri dünyada bir sıra siyasi xadimlər arasında ciddi fikir ayrılıqlarına səbəb olur:

“Ümumiyyətlə, Amerika prezidenti dünyanın siyasi nəbzini və ictimai rəyi yoxlamaq məqsədə ilə Qəzza ilə  bağlı fikir iləri sürüb. Hansı ki, bilirik ki, artıq Donald Tramp əvvəlcə Kanadanın, ABŞ-nin 51-ci ştatı olmağı ilə bağlı fikir səsləndirdi. Sonra Meksika körfəzinin adının dəyişib, Amerika körfəzi olmalı olduğunu söylədi, ardınca da sonrakı dövrdə Qrenlandiya və Panama kanalı ilə bağlı da iddialar irəli sürdü. Sonuncu olaraq, Qəzzanın yenidən quruluşu prosesini ABŞ-nin həyata keçirməsi ilə bağlı söylədiyi fikirlər əlbəttə ki, gözlənildiyi kimi kifayət qədər ciddi reaksiyalara səbəb oldu”.

Politoloq onu da qeyd edib ki,fələstinlilərin Qəzzadan çıxarılması çox çətin olan bir layihədir:

“Çünki onların oradan çıxarıldıqdan sonra hansısa ölkəyə yerləşdirilməsi özü ciddi bir problemdir. Eyni zamanda Misir başa düşür ki, daha əvvəl fələstinlilərin yerləşdirilməsi məsələsində adı hallanan Səudiyyə Ərəbistanı heç belə bir məqama razı olmayacaq.  Nəticədə Qəzzadan çıxarılan fələstinliləri Misirin müxtəlif ərazilərinə göndərilməsi ilə bağlı Misirə təzyiqlər ediləcək. Əlbəttə ki, Misirdə bu belə bir proseslə üz-üzə qalmaq istəmir və bu da hər bir halda ABŞ-nin yeni administrasiyası ilə Misir arasında müəyyən diplomatik problemlərə səbəb ola bilir. Hesab edirəm ki, Donald Tramp sadəcə olaraq bunu bir təklif kimi səsləndirib. Bir çox situasiyada, bir çox məqama görə Qəzzadan fələstinlilərin çıxarılması prosesi baş verəcək bir hadisə kimi görünmür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 20:33
16 aprel 2025, 19:22
Top