Bu gün “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq

İDMAN 16 fevral 2025, 09:28
Bu gün Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, son yarış günündə Azərbaycanın 9 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər arasında Tuncay Şamil (90 kiloqram) Didar Həmzə (Qazaxıstan), Əli Qazıməmmədov (90 kiloqram) Fabiyan Kansi (Almaniya), Camal Feyziyev (100 kiloqram) Yerassul Kazbayev (Qazaxıstan), Ramazan Əhmədov (100 kiloqram) İbrahim Tataroğlu (Türkiyə), Uşanqi Kokauri (100 kiloqram) Movli Borşaşvili (Avstriya) / Co Kesarino (Braziliya) cütünün qalibi, Kənan Nəsibov (100 kiloqram) Yevgeni Balyevski (Ukrayna) ilə üz-üzə gələcək.

Qadınların yarışında isə Nigar Süleymanova (78 kiloqram) Kristina Homanı (Ukrayna) sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları indiyədək 1 qızıl, 3 bürünc, 1 gümüş medal qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top