"Flora Kərimova arıqlamaq üçün 40 gün ac qalıb"

ŞOU-BİZNES 15 fevral 2025, 19:59

"1976-cı ildə xəbər yayıldı ki, Flora Kərimovanı apardılar reanimasiyaya. 40 gün ac qalıb, ancaq bal yeyib".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, Xalq artisti Flora Kərimova arıqlamaq üçün ac qalıb.

F.Kərimova isə "Düzdür. Arıqlamaq üçün 40 gün yemədim. Çox çətin idi. Bilirdim ki, xeyrədir. Ac qalmağın pis xüsusiyyəti var. Ac qalanda mədə şirəsi divarları yeyir və pis xəstəliyə düçar ola bilərsiniz" deyərək, onu təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 fevral 2025, 08:24
Top