![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2020/12/4/1/b5712c90-399d-493e-ae87-7c9ea7ff47af/qadini-doymek.jpg)
Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Nihad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mahirəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 oktyabr 2024-cü ildə baş verib. Nihad həmin gün, saat 21 radələrində yaşadıqları evdə həyat yoldaşı Mahirə ilə aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı sonuncuya qəsdən sifətinə şillə zərbələri vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mahirə ilə 5 oktyabr 2024-cü ildə birgə nikaha daxil olublar və kirayə də yaşayıblar:
“Həmin ilin oktyabrın 15-də, saat 21 radələrində Mahirə evə gəldi. Mən Mahirədən harada olduğunu soruşdum. Mahirə anası ilə birlikdə həkimə və qızıl mağazasına getdiyini bildirdi. Mahirə mənə məlumat vermədən getməyi ilə bağlı iradımı bildirdim. Aramızda yaranmış mübahisə zamanı Mahirəyə şillə zərbələri vurdum. Törətdiyim əməldən səmimi peşman olmuşam”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nihadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətdən azad olunub.
Fariz Məlikli
Demokrat.az