Paytaxtda “Mercedes” sürücüsü velosiped zolağında maşın sürdü — VİDEO

HADİSƏ 13 fevral 2025, 12:50

Paytaxtda “Mercedes E-class” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Demokrat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürücü mərkəzi küçələrin birində velosiped zolağına daxil olaraq, bu zolaqla hərəkətini davam etdirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsinə əsasən, velosiped yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri 100 manat məbləğində cərimə olunur.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top