Məktəb ərazisində şagirdi döydülər — Polis araşdırır (VİDEO)

HADİSƏ 13 fevral 2025, 16:17

Bakıda orta məktəblərdən birinin ərazisində şagird bullinqə məruz qalıb.

Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində baş verib.

Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top