![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/1/7/1/87bf832e-a7eb-4a70-ba7c-c97e677b8e43/zahid.jpg)
Son 2 ayda Rusiya ilə yaşananlar regional və beynəlxalq aləmdə diqqətlə izlənilir. Bir çoxları proseslərin yeni geosiyasi arxitekrutarı ilə baş verənlər arasında əlaqələr görürlər. Lakin son günlər bəzi şəxslərin casusluq fəaliyyəti mövzusu da qaynar diskussiyalara əlavə ton verib.
Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Demokrat.az-a açıqlama verib.
O bildirib ki, AZAL təyyarəsinin vurulmasından sonra Rusiya rəhbərliyinin davranışları nə müttəfiqlik, nə də normal qonşuluq münasibətlərinə uyğun oldu:
“İlk 3 günün sükutu, ardınca üzrxahlıqla paralel inkarçılıq xətti ənənəvi imperiya-velikorus şovinzmi refleksinin müasir daşıyıcılarının Azərbaycana qarşı hibrid hücumuna çevirdi. Onların arqumentləri Qroznıda cinayətkar səhvlə təyyarəni korluğa, daha sonra raket zərbəsinə məruz qoyan hərbi hava qüvvələrinin təmsilçiləri ilə eyniyyət təşkil edirdi. Doğrudur, müharibənin Şimali Qafqaza gəlib çıxması regional təhlükəsizlik üçün böyük təhdiddir, o cümlədən, Rusiya hava məkanı böyük risqlərə malikdir. Lakin Ukrayna müharibəsinə görə 50-dən artıq ölkənin qlobal sanksiya və embarqosuna məruz qalan bir dövlət ona verilən “qəddar və qeyri-insani” imici sanki doğrultmaq üçün normal münasibətlərdə olan ölkənin, həlak olan onlarla şəxsin, dərin qəzəb və kədər içindəki milyonlarla insanın milli heysiyyatına zərbə vuran yolu seçdi. O zaman, İkinci Qarabağ müharibəsində 366-cı motoatıcı alay və tarixən işğal siyasəti yürüdən bir dövlətə qarşı keçmiş hislər bərpa olundu, son 5 ildə yaranan kövrək əməkdaşlıq bağları zədələndi.
90-cı illərin Rusiyası-səngərdə ermənilər üçün ölən dövlət, ordu və əsgərin obrazı təzədən şüurlarda bərpa olundu. Lakin nəinki təyyarə, eləcə də mədəniyyət çətiri altında mənəvi işğal siyasəti yürüdən qurumun fəaliyyətinin qiymətləndirilməsində də bənzəri USAİD-in bədnam rəhbəri Samanta Pauer kimi hərəkət olundu. O zaman Kreml strateqləri və millətçiləri Qərbin təəssübkeşlərini nə deyib linç edirlər? Azərbaycan Xarici İşlər Nazirliyi "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı verdiyi nota ilk növbədə, hüquqa və milli ləyaqət ölçüsünə malikdir. Hansı libas altında OCCRP və ya “Rus Evi” əgər mədəni, ictimai-siyasi maraqlar əleyhinə ekspansiya həyata keçirilirsə, belə təşkilatların fəaliyyəti avtomatik qanundankənar elan olunur”.
Deputat nəzərə çatdırıb ki, Rusiya özü minlərlə qurumu inoagent elan edib:
“Ona görə də məxfi xidmət orqanlarımız ən yüksək peşəkarlıqla vətənimizi gizli cəbhədə qoruyur, silahlı ordumuzun missiyasını bir ayrı miqyasda və vasitələrlə davam etdirirlər. Müttəfiqlik qarşılıqlı kəşfiyyat fəaliyyətlərini istisna edir, yaxud bir-biri ilə daha açıq olmağı, şəffaflığı tələb edir. Vətən müharibəsində Qələbə qazanan bir ölkəni valuevlərin dili ilə hədələyəndə, Yeltsin və Qorbaçov dövrünün personajları dirçəlir, qanlı kollektiv hekayələr şüurlara qayıdır. Qlobal güclərin Azərbaycanı antirus blokuna qoşmaları üçün apardığı hibrid savaşlara sinə gərən rəsmi Bakıya ehtiram əvəzinə, Qafqazlarda açılan antikreml cəbhələrini söndürməyə əli çatmayan bir dövlətin elitası ənənəvi propoqonda ilə Rusiya-Azərbaycan arasında siyasi qəza yaradır. Qarşı tərəf olanların fərqindədir və haqsız olduğunu bilir: biz beynəlxalq məkanda başqa dövlətin əleyhinə gizli siyasət sövdələşmələri aparmırıq, müxtəlif adamları ekspansiya və nüfuz agentinə çevirmirik. Hər halda indiyədək, belə ifşalara məruz qalmamışıq. Dövlətimiz soydaşlarımızla, onların yaratdıqları mədəni-humanitar və siyasi cəmiyyətlər vasitəsilə beynəlxalq hüquqa uyğun şəkildə ana Vətənlə bağları qurur və dayaqlarını möhkəmləndirir.
Casusluq fəaliyyətinə gəldikdə isə, əlbəttə, parlament üzvlərinin söylədiyi fikirlərin hüquqi nəticə doğurduğunu hər kəs bilir, o üzdən mediada gedən müzakirələrə də o meyardan yanaşmaq lazımdır. Bizə görə, dövlətimizin mənafeyi, Prezidentin qalibiyyət kursu milyonlarla azərbaycanlının mənafelərinə uyğun olduğu üçün xalqımız Ali Baş Komandanın ətrafında birləşib. Fərq etməz daxili, ya xarici, şimal, cənub, ya da Qərbin sabiq və ya fəailiyyətdə olan hər hansı şəxsi öz təsir dairəsinə daxil etməsi, gizli fəaliyyətlərə və tapşırıqlara cəlb etməsi sübuta yetirilərsə, kiməsə güzəşt ola bilməz, əks halda dövlətin mənafeləri zərər görər. Gerçək dəlillər hökm üçün əsasdır. Lakin cəmiyyətimiz məhkəməsiz belə qəti iradəsi ilə istənilən qərarı əvəz edir. İndi hər bir azərbaycanlı açıq mövqe göstərərək, müxtəlif cinahlardan dövlətimiz əleyhinə çarpaz atəş açanları yaxşı görür və belələrini qətiyyətlə pisləyir. Sükut göstərənlərin də hərəkətləri eyni mahiyyətə malikdir.
Ulu Öndər haqlı olaraq, həlledici dövrlərdə hər kəsdən mövqe tələb edirdi. Ona görə də dövlət adamı oldunsa, gərək həmişə ona sədaqətli olasan. Nəinki parlament, eləcə də hər bir vətəndaş ölkəmiz əleyhinə, onun maraqlarına zidd şəxslərlə və qüvvələrlə barışmazdır”.
Leyla Turan
Demokrat.az