Belçikaya da NOTA hazırlayaq?!..

SİYASƏT 08 noyabr 2019, 11:45

İndicə xəbər aldıq ki, dünən Belçikaya “işgüzar səfər”ə yollanan Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış və de-fakto mövcud olan separatçı-terrorçu rejimin baş təmsilçisi sayılan Bako Saakyan orada Flamand regionunun parlament üzvləri ilə görüş keçirib...


İndi, eyni separatçının eyni ölkəyə 2016-cı ildəki səfəri zamanı olduğu kimi, müvafiq qurumlar yenə başlayacaq ki, “bu turist səfəri kimi bir şeydir”... 

 

Amma yaxşı olar ki, heç olmasa, Belçikaya da bir nota hazırlayasınız... 

 

Fəqət, bizləri aldatmaq olmaz; yaxşı blirik ki, 30 ldir, NOTA ilə, bəyanatla-filanla donuz darıdan, yəni  işğalççı ermənilər Qarabağdan çıxmır, NOTA işğalçı ordunu məhv etmir, torpaqları azad etmir, cənablar! Amma guya siz bunu bilmirsiz...

 

ABŞ Bin Ladenlər gedən ölkəni bombalayır, biz isə Mailyan, Saakyan gedən ölkələrə bəyanat, uzağı, nota gubbuldadırııq...

 

Cənablar, zəhmət olmasa, sayın görək, 1994-cü ildən bəri bu günədək Qarabağla bağlı neçə bəyanat, neçə nota vermisiz, neçə səfər, neçə görüş keçirmisiz, daxildə, xaricdə neçə şüarlı, transparantlı tədbirlərə milyonlar xərcləmisiz və bunun müqabilində  neçə kənd, neçə rayonu azad etmisiz?


 
Bir də statistikaya müraciət edin, görün, həmin  25 il ərzində o torpaqlardan didərgin düşmüş neçə qaçqının, köçkünün hər il, hər görüşdən, bəyanatdan, notadan sonra ümidləri öldükcə ürəkləri də torpaq həsrətindən, iztirabdan  partlayıb və HAQQ dünyasına qovuşublar...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top