Xalq artisti onları QINADI: “Qalmaqalla yox, sənətinizlə gündəmə gəlin”

ŞOU-BİZNES 11 fevral 2025, 13:29
“Efirdən bizə anamız, bacımız, uşaqlarımız baxır”.

Bu sözləri Xalq artisti, xanəndə Mənsum İbrahimov “İncə Səhər” verilişində deyib.

O, efirlərdə təbliğ olunan bayağı mahnılara qarşı çıxıb:

“Qalmaqalla yox, sənətinizlə, yaradıcılığınızla gündəmə gəlin. Yoxsa ailə-məişət məsələləri, kim kimə nə dedi… Bunlar iş deyil, yaxşı yerə getmir bu…

Efirdən bizə anamız, bacımız, uşaqlarımız baxır. Hər evdə uşaqlar yetişir. Efir bir güzgüdür. Toyxanada nə istəyirlər, oxusunlar. Heç kimin yaradıcılığına, həyatına qarışmıram və qarışmaram da, amma efirdə olmaz. Efirdə, gəl, keyfiyyətli mahnı oxu, amma orada nə istəyirsən oxu. Efirdən nə verirsənsə, tamaşaçı onu qəbul edir”. (Yenicag.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 16:37
Top